CƏMİYYƏT


Paytaxtda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulublar VİDEO

Bakı, 15 mart, AZƏRTAC

Binə qəsəbəsində 11 evdən oğurluq edən 2 qardaş saxlanılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binə qəsəbəsində 11 evdən oğurluq edən dəstə üzvləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar. Əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, qardaşı Ələsgər və qohumları yetkinlik yaşına çatmayan daha bir nəfər tutulub. Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonunda da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib. Onlar əldə etdikləri əşyaları isə Sabunçu qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində satıblar.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.