İQTİSADİYYAT
Paytaxtda avtobusların iştirakı ilə yol-nəqliyyat hadisələri qeydə alınıb
Bakı, 17 yanvar, AZƏRTAC
Paytaxtın Şeyx Şamil küçəsində fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişin avtobusu yoldan çıxaraq avtobusa dəyib. Qəza zamanı avtobusda sərnişin olmayıb və xəsarət alan yoxdur.
Digər bir yol nəqliyyat hadisəsi isə Binəqədi şosesi Binəqədi kəndi istiqamətində olub. “Çinar Trans” MMC-dən verilən məlumata görə hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Hazırda hər iki hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətlərin rəhbərliyi Agentliyə çağırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]