İQTİSADİYYAT
Paytaxtda daha 8 yeraltı piyada keçidi tikiləcəkdir
Bakı, 20 dekabr (AZƏRTAC). Paytaxtın Atatürk prospektində və Həsən Əliyev prospekti istiqamətində daha 8 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulmuşdur.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC –dən AZƏRTAC-a bildirmişlər ki, layihədə Atatürk və Vaqif prospektlərinin birləşdirilməsi, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi öz əksini tapmışdır.
Bundan başqa, Təbriz küçəsindən hərəkət edən avtomobillərin “Gənclik” dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxması, eləcə də F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmə təmin olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]