CƏMİYYƏT


Paytaxtda havanın temperaturu iqlim normasından 7.7° yuxarı olub

Bakı, 7 may, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mayın 7-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Şahdağda qar yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Sədərəkdə 32 (aylıq normanın 81 faizi), Kişçayda (Şəki) 25, Ağstafada 24 (aylıq normanın 45 faizi), Tovuzda 22 (aylıq normanın 41 faizi), Yardımlıda 19 (aylıq normanın 31 faizi), İsmayıllı, Şahdağda 18, Xınalıq, Xaltanda 17, Şərur, Şamaxıda 16, Göyçay, Sabirabadda 14 (aylıq normanın 54 faizi), Qəbələdə 14, Zaqatalada 13, Ağdam, Qrızda 12, Tərtər, Beyləqan, Altıağacda 10, Naxçıvan, Zərdab, İmişli, Kürdəmir, Mərəzədə 9, Balakən, Biləsuvar, Bərdə, Oğuzda 8, Sarıbaş (Qax), Lənkəran, Neftçala, Mingəçevir, Şahbuz, Ağdərədə (Ordubad) 7, Cəfərxan, Salyan, Naftalanda 6, Ordubad, Lerik, Qazıməmməd, Göygöl, Şəmkirdə 5, Daşkəsən, Ceyrançöl, Şabran, Astara, Gədəbəydə 4, Ağsuda 3, Gəncədə 2, Quba, Qusar, Nabranda 1, Sumqayıt, Zabrat, Maştağa, Binədə 2, Bakıda 1 millimetr olub.

Mayın 6-da şimal-qərb küləyi arabir Neftçala, Ağsu, Naftalanda 20, Lerik, Mingəçevirdə 18, Salyanda 17, Naxçıvanda 16, Yevlaxda 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 15-20 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Bakıda havanın temperaturu iqlim normasını 7.7° ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29°, Aran rayonlarında 22-27°, dağlıq rayonlarda 13°-dək, Naxçıvan Muxtar Respublikasında 15-22° isti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.