İQTİSADİYYAT


Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib

Bakı, 30 noyabr, AZƏRTAC

Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu ərazisindəki Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) təmir işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir işləri zamanı yolun deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Həmçinin “Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində 430 metr uzunluğunda və 3300 kvadratmetr sahədə, Xutor körpüsündən düşəndə isə 120 metr uzunluğunda və 2175 kvadratmetr sahədə təmir işləri görülüb.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.