CƏMİYYƏT


Paytaxtda keçmiş məhkumdan avtomat silah aşkarlanıb VİDEO

Bakı, 6 sentyabr, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər dəfələrlə məhkum olunmuş Vasif Qəmbərovun üzərində qanunsuz odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində saxlanılıb. Polis idarəsində onun üzərinə baxış keçirilərkən “Kalaşnikov” markalı avtomat silah, bir sandıqça və altı patron aşkarlanaraq götürülüb. Vasif Qəmbərov silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Vasif Qəmbərovu barəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.