İQTİSADİYYAT


Paytaxtın Koroğlu Rəhimov küçəsində yeni işıqforlar quraşdırılıb

Bakı, 18 may, AZƏRTAC

Paytaxtın Koroğlu Rəhimov küçəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik tədbirləri görülüb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində işıqfor obyektləri quraşdırılıb. Nəticədə nizamlanan eynisəviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə təhsil alan tələbələrin, o cümlədən yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb. Həmçinin piyadaların və nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.