İQTİSADİYYAT


Paytaxtın daha bir küçəsində xüsusi düymə ilə idarə olunan işıqfor quraşdırılıb

Bakı, 16 dekabr, AZƏRTAC

Paytaxtın daha bir küçəsində xüsusi düymə ilə idarə olunan yeni işıqfor quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyinin səviyyəsi artırılıb. Sıx məskunlaşmanın və təhsil müəssisələrinin olduğu bu küçədə mövcud eyni səviyyəli piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor obyektləri quraşdırılıb.

Nəticədə ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib, həmçinin inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub. İşıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss edilə bilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizliyi maksimum həddə çatdırılıb.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi, nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.