ELM VƏ TƏHSİL
Paytaxtın iki rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək
Bakı, 8 may, AZƏRTAC
Mayın 10-da paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, 211 nömrəli tam orta məktəbdə (Ünvan: 5-ci mkr., 20 Yanvar küçəsi 5) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.