ELM VƏ TƏHSİL


Pedaqoji Universitetin Quba filialında yeni layihəyə start verilib

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi” adlı layihəyə start verilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Əvvəlcə tədbir iştirakçıları - filialının direktoru, dosent Yusif Alıyev, ADPU-nun mətbuat katibi Cavid Hüseynov və universitet əməkdaşları rayonun Şəhidlər xiyabanını ziyarət ediblər.

Layihə qarşıdakı bir ay ərzində universitetin Quba filialının tarixi-mədəni irsini, müasir yanaşmalarını, maddi-texniki bazasını, strukturlarının fəaliyyətini və gələcək perspektivlərini geniş ictimaiyyətə çatdırmağı nəzərdə tutur.

Layihə ADPU-nun 100, Quba filialının 30 illik yubileyinə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.