CƏMİYYƏT


Penitensiar Xidmət: Cəzaçəkmə müəssisələrində elektrik enerjisi təminatında problem yaranmayıb

Bakı, 2 iyul, AZƏRTAC 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında elektrik enerjisi təminatında problem yaranmayıb.

Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov AZƏRTAC-a bildirib ki, artıq cəzaçəkmə müəssisələrimizin hamısında elektrik enerjisinin təminatı bərpa olunub.

“Penitensiar Xidmətin bütün cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında ehtiyat dizel elektrik mühərrikləri var. Enerji fasiləsi yaranan zaman həmin ehtiyat dizel mühərrikləri vasitəsilə müəssisələrin hamısına elektrik enerjisi verilib”, - deyə M.Sadıqov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.