CƏMİYYƏT


Penitensiar Xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirib

Bakı, 10 sentyabr, AZƏRTAC 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 206.3.20-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs qismində təcridxanada saxlanılan Heydərov Kamran Kalam oğlu həbsdən əvvəl yaşadığı Astara rayonunun Təngərüd kəndinin ərazisindəki fərdi evinin həyətyanı torpaq sahəsində gizlətdiyi bağlamada olan 497,731 qram metamfetamini təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.