İQTİSADİYYAT


Pərakəndə və topdansatış qaydada malların dəyəri nağdsız qaydada ödənilə bilər

Bakı, 12 aprel, AZƏRTAC 

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün satışı isə artıq topdansatış fəaliyyəti hesab olunur. Hər iki halda malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənilə bilər.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura və elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Pərakəndə ticarət zamanı alıcıya POS-terminal çıxarışı ilə birlikdə nəzarət kasa aparatı (NKA) çeki təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.