SİYASƏT


Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib

Bakı, 3 iyun, AZƏRTAC

Mayın 28-də Peru Konqresi sədrinin ikinci müavini Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında bu qanunverici orqanda Azərbaycanın Respublika Günü münasibətilə ölkəmizə ünvanlanan təbrik bəyanatı qəbul edilib.

Ölkəmizin Perudakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərq dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda, ilk parlamentli respublika olduğu qeyd olunur və bu əlamətdar günün xalqımız üçün önəmi vurğulanır.

Təbrikdə Perunun ölkəmizlə sıx dostluq əlaqələrinin olduğu bildirilir, Azərbaycan xalqına və ölkə rəhbərliyinə demokratiyanın möhkəmləndirilməsi yolunda gördüyü işlərə görə ehtiram ifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.