DÜNYA


Peruda ərzaq təhlükəsizliyinin olmaması ilə bağlı vəziyyət pisləşib

Madrid, 27 sentyabr, AZƏRTAC

Hazırda Peru qarşısıalınmaz inflyasiya və daxili siyasi qeyri-müəyyənlik şəraitində Cənubi Amerikada ərzaq təhlükəsizliyinin ən aşağı səviyyədə olduğu ölkəyə çevrilib.

AZƏRTAC xəbər verir ki, Latın Amerikasının bu ölkəsi son 7 il ərzində ən gərgin aclıq yaşayır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Peruda ərzaq təhlükəsizliyinin olmaması artıq 16,6 milyon insana (ölkə əhalisinin 50,5 faizi) aid edilib ki, bu da pandemiyadan əvvəlki göstəricidən iki dəfə çoxdur.

FAO-nun Perudakı nümayəndəsi Mariana Eskobarın sözlərinə görə, normal artım və inkişaf üçün kifayət qədər bəsləyici və təhlükəsiz qidaya müntəzəm əlçatanlıq yoxdur. Təqribən 10 milyon nəfər ərzağın orta çatışmazlığından əziyyət çəkir, 6 milyondan çox perulu ağır vəziyyətdədir.

Milli Statistika və İnformatika İnstitutunun (INEI) məlumatına görə, 2020-ci ildə koronavirus pandemiyasının əmələ gətirdiyi güclü geriləmədən sonra ümumi daxili məhsul 11 faiz aşağı düşüb (30 il ərzində ən böyük azalma). 2021-ci ildə iqtisadiyyat 13,3 faiz bərpa olunub. Lakin bu, kifayət etmir. Pandemiyaya qədər inkişaf səviyyəsinə çatmaq üçün ölkəyə zaman tələb olunur.

Ekspertlər əmindirlər ki, ÜDM-in artımı yoxsulluğun səviyyəsinin azalması üçün zəruri şərtdir. Lakin bu, qeyri-bərabərliyin struktur problemləri ilə sıx bağlı olan sosial və əmək sahəsində pandemiyanın doğurduğu fəsadların yüngülləşdirilməsi üçün yetərli deyil.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.