İQTİSADİYYAT


Pərviz Şahbazov: İndiyədək AÇG yataqlarından 454 milyon ton neft və 144 milyard kubmetr qaz çıxarılıb

Bakı, 23 aprel, AZƏRTAC 

Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 454 milyon ton xam neft və 144 milyard kubmetr təbii qaz hasil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov aprelin 23-də Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumundakı çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsindən 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.