ELM VƏ TƏHSİL
Peşə Təhsil Mərkəzinin tələbələri könüllü olublar
Bakı, 11 mart, AZƏRTAC
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramına üzv olublar.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, proqrama qoşulmaqda məqsəd tələbə-könüllülərin maariflənməsi, xaricdə könüllülük təcrübəsi qazanması, beynəlxalq layihələrdə, müsabiqələrdə, vətənpərvər tədbirlərdə peşəkar şəkildə təmsil olunmalarına şərait yaradılmasıdır.
Tədbirdə 40-a yaxın tələbə-könüllü iştirak edib.
Xatırladaq ki, “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platforması olaraq 20 mindən çox tələbəni birləşdirir. Tələbələrin inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərir. İndiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə təşkilati dəstək verib.