ELM VƏ TƏHSİL


Peşə Təhsil Mərkəzinin tələbələri üçün ekskursiya təşkil olunub

Bakı, 20 may, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bitkiçilik mütəxəssisi ixtisas qrupunun tələbələri “Gilan Dairy Farms” MMC-nin əkinçilik–toxumçuluq müəssisəsi və südçülük kompleksi ilə tanış olublar.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tələbələr taxıl sahələri, yem bitkilərinin əkilməsi və onlara qulluq edilməsi, cərgəarası becərmə işləri, gübrələrin hazırlanması, saxlanması və verilməsi prosesləri ilə yaxından tanış olublar. Rayonda ilk dəfə becərilən lavanda bitkisinin xüsusiyyətləri, əkilməsi və becərilməsi üsulları haqqında iştirakçılara məlumat verilib.

Mərkəzin heyvandarlıq mütəxəssisi ixtisas qrupunun tələbələri üçün isə Azza “Aqro” QSC-yə infotur təşkil olunub. Ekskursiya zamanı tələbələr fermanın quruluşu, heyvanların yetişdirilməsi ilə tanış olub, onların qidalanma prosesini izləyiblər. Eləcə də şirkət nümayəndələri tələbələrə yemək rasionunun tərkibi və önəmi haqda məlumat veriblər.

Ekskursiyalar zamanı əsas diqqət tədris edilmiş modullar üzrə tələbələrin biliklərinin daha da möhkəmləndirilməsinə yönəldilib.

Xatırladaq ki, ekskursiyalar Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.