ELM VƏ TƏHSİL


Peşə Təhsili üzrə Dövlət Agentliyi: Mühafizəçi ixtisası üzrə qısamüddətli təlimlər keçiriləcək

Bakı, 13 oktyabr, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mühafizəçi ixtisası üzrə qısamüddətli təlimlər keçiriləcək.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak etmək üçün ərizələrin qəbulu oktyabrın 25-dək aparılacaq. Təlimlərə ölkəmizin 20 yaşdan yuxarı vətəndaşları müraciət edə bilər. Müraciət edən şəxslərin minimum orta təhsilli və hərbi xidmət keçmiş olması zəruridir (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər istisna olmaqla). Təlim iştirakçılarına bir ay ərzində qanunvericilik, tibbi, psixoloji, xüsusi və texniki hazırlıq, yanğınsöndürmənin əsasları üzrə intensiv dərslər keçiləcək.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində təşkil ediləcək təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.