ELM VƏ TƏHSİL


Peşə Təhsili üzrə Dövlət Agentliyi: “UI/ UX dizayn” istiqaməti üzrə təlimlərə başlanılır

Bakı, 30 iyul, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən informasiya texnologiyaları sahəsində qısamüddətli təlim üzrə müraciətlərin qəbuluna start verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlim “UI (User İnterface) /UX(User Experience) dizayn” üzrə 3 ay ərzində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Təlimə veb-dizayn üzrə ilkin bilikləri və marağı olan (18 yaşdan yuxarı) orta ixtisas və ya ali təhsilli şəxslər və ya hazırda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla keçən şəxslər təlim ödənişindən azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlim iştirakçıları 3 ay müddətində keçiriləcək intensiv təlim UX və UI dizaynının əsaslarından başlayaraq nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlim zamanı iştirakçılara real iş mühitində işləmək imkanı yaradılacaq.

Təlimə qoşulmaq üçün müraciətlər avqustun 10-dək qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.