ELM VƏ TƏHSİL


Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun I mərhələsi yekunlaşıb

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də 2022/2023-cü tədris ili üçün peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu prosesinə yekun vurulub.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, peşə təhsili almaq istəyən 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çox olduğunu göstərir. Peşə təhsili almaq istəyən şəxslər əsasən informasiya-kommunikasiya texnologiyaları, turizm, sənaye və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. Müsabiqənin nəticələrinin avqustun 20-də elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.

Peşə təhsili pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin avqustun 30-dan sentyabrın 5-dək aparılması planlaşdırılır.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.