ELM VƏ TƏHSİL


Peşə təhsili üzrə dərsliklərin ictimai müzakirəsi təşkil edilir

Bakı, 27 aprel, AZƏRTAC

Peşə təhsili üzrə tədrisin keyfiyyətinin artırılması məqsədilə 2020-2021-ci tədris ilində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə dərsliklər dövlət büdcəsi hesabına çap edilərək peşə məktəblərinə paylanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, növbəti tədris ilində də peşə təhsili üzrə dərslik təchizatının yaxşılaşdırılması istiqamətində işlərin genişləndirilməsi nəzərdə tutulur. Dərslik təchizatının yaxşılaşdırılması ilə yanaşı, mövcud dərsliklərin məzmun və tədris aspektindən təkmilləşdirilməsi üzərində işlər aparılmaqdadır. Bu məqsədlə dərsliklər üzrə ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

“Geyim üzrə dizayner”, “Dərzi”, “Tikiş maşınlarının operatoru, tikişçi”, “Turizm təşkilatçısı”, Turizm sahəsində iaşə xidməti üzrə mütəxəssis” və “Mehmanxana inzibatçısı” ixtisasları üzrə, ümumilikdə 31 ədəd modul dərs vəsaitləri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş modulların məzmunu ilə tanış olmaq və xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən çapı nəzərdə tutulan bütün dərsliklər üzrə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, ictimai müzakirəyə çıxarılacaq dərsliklər üzrə rəy və təkliflərin bildirilməsi üçün 15 günlük müddət müəyyən edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyi elm adamlarını, işəgötürənləri, təhsil işçilərini, valideynləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərsliklərə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.