Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Peşəkar, məsuliyyətli, innovativ, mədəni keyfiyyətləri özündə birləşdirən dövlət qulluqçuları cəmiyyətimizdə nümunəyə çevrilib

Peşəkar, məsuliyyətli, innovativ, mədəni keyfiyyətləri özündə birləşdirən dövlət qulluqçuları cəmiyyətimizdə nümunəyə çevrilib

Bakı, 25 iyun, AZƏRTAC

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş hüquqlarının təmin edilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sistemin uğurlu implementasiyası məqsədilə peşəkar və məsuliyyətli dövlət qulluqçuları fəaliyyət göstərməlidir. Ölkədə dövlət qulluqçularının vətəndaşlara göstərdikləri xidmət şəffaf, inam, məsuliyyət, keyfiyyət və digər prinsiplər əsasında qurulub.

Bu fikirləri AZƏRTAC-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, dövlət qulluğunun müşaviri Elgün Səfərov bildirib.

E.Səfərov deyib ki, vətəndaşlarda inamın yaradılması dövlət qulluqçuları üçün prioritet məsələlərdən biridir. Bu gün dövlət qulluğunda peşəkar, məsuliyyətli, innovativ, mədəni keyfiyyətləri özündə birləşdirən kadrlar fəaliyyət göstərir. İnsan kapitalı cəmiyyətin davamlı inkişafının təminatıdır. Ölkədə insan kapitalı kəmiyyət və keyfiyyət indikatorları ilə müəyyənləşdirilir. Müsbət nəticənin əldə edilməsi islahatları özündə əks etdirən uzun illər tələb edir.

Ölkədə dövlət qulluğu sahəsində milli qanunvericilik yaradılıb, dövlət qulluqçularının yaşayış şəraitinin yaxşılaşdırılması, peşə və ixtisas biliklərinin artırılması, dövlət qulluğu sistemində gender balansının təmin edilməsi və yeni texnologiyaların tətbiqi sahəsində vacib addımlar atılıb.

Ulu öndər Heydər Əliyevin 6 mart 2000-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanına əsasən qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasının təmin edilməsi qərara alınmışdır. Dövlət qulluğunda gender bərabərliyinin təmin edilməsi və dövlət qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə dövlət orqanlarında gender bərabərliyi üzrə əlaqələndiricilər təyin edilmişdir. Eyni zamanda, qadınların bütün sahələrdə və xüsusilə də dövlət qulluğunda təmsilçiliyinin artırılması məqsədilə milli qanunvericilikdə yeni qanunlar qəbul edilmişdir.

2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. İşəgötürənin işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq vəzifələri var.

Yuxarıda sadalanan fəaliyyətin nəticəsi kimi, bu gün ölkədə dövlət qulluqçularından 28 faizini qadınlar təşkil edir. Qadınlar dövlət qulluğunun bütün sahələrində təmsil olunub. Qadınlar Azərbaycan cəmiyyətində diplomatiyada, hərbi, mədəni, səhiyyə, təhlükəsizlik, sosial, humanitar, texniki, innovasiya, kənd təsərrüfatı sahələrində təmsil edilir. Əmək bazarında bərabər təmsilçiliyin təmin edilməsinin ölkənin iqtisadi və sosial inkişafına birbaşa təsiri var. Bu isə dövlət qulluqçularına vətəndaşlar tərəfindən inam yaradır.

Son illərdə ölkədə dövlət qulluğu sistemində koordinasiya-əməkdaşlıq işində yeni texnologiyalar tətbiq edilir, peşəkarlıq və fərdi məsuliyyət artırılıb. Dövlət qulluqçusunun etik davranışı və peşəkar fəaliyyəti ilə dövlət orqanlarına inam artırılıb.

Dövlət qulluğu sistemində insanların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət prioritet prinsip kimi müəyyənləşdirilib. Dövlət qulluğu haqqında milli qanunvericilik mütəmadi təkmilləşdirilir.

Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına və qorunmasına xidmət edir. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə yol verməməlidir.

2007-ci ildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlət qulluqçuları üçün vətəndaşlara xidmətdə qərəzsizlik və mədəni davranış əsas götürülür. Dövlət qulluqçusu bütün şəxslərlə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

Dövlət qulluğu sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni texnologiyaların tətbiqi sahəsində vacib addımlar atılmışdır. Xüsusilə, elektron sənəd dövriyyəsinin və yeni proqram təminatlarının hazırlanması vətəndaşlar üçün xidmətin keyfiyyətinin artırılmasına təsir edir.

Nümunə üçün, 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, “Kapital Bank” ASC-nin və “E-Box” şirkətlərin dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe.az) yaradılıb. Proqram təminatının məqsədi uşaqlar üçün kiber təhlükəsiz internet sisteminin yaradılmasıdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir. Beləliklə, yeni dövlət qulluğu sistemi vasitəsilə birbaşa vətəndaşlarla təmasda olmadan və vaxt itkisi olmadan yeni elektron xidmət sistemi qurulub.

Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri də müasir texnologiyaların inkişafına şəraitin yaradılmasıdır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz.

Uşaqlar da bizim kimi bütün kompüter yeniliklərini – sosial şəbəkələri, “onlayn” oyunları, müxtəlif proqramları sürətlə mənimsəyir. Bu, çox normaldır, onlar da inkişaf edir, daha yeni və son texnologiyalardan istifadə etməyi öyrənirlər. Nəzərə alsaq ki, bu gün internetdə xeyirli məlumatlarla bərabər, bir sıra müxtəlif ziyanlı informasiyalar da mövcuddur.

Yeni texnologiyalarla yanaşı, regionlarda, xüsusilə kəndlərdə vətəndaşlara göstərilən xidmətlərin gücləndirilməsi vacibdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları tərəfindən mütəmadi olaraq sağlamlığı məhdud olan uşaqlara, zorakılığa məruz qalmış insanlara və ümumiyyətlə psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlara hüquqi, psixoloji, sosial yardım edilir. Eyni zamanda, ölkənin bütün yerli icra hakimiyyəti orqanlarında gender əsaslı zorakılıqla mübarizəyə dair komissiyalar yaradılıb. Bu fəaliyyət ən həssas kateqoriyadan olan insanlara dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Eyni zamanda, ölkədə elektron hökumət sisteminin inkişaf etdirilməsi məqsədilə vacib addımlar atılmışdır. Müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları vətəndaşların e-xidmətlərin göstərilməsi və xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.

2018-ci ildə “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “Elektron Hökumət” portalı vasitəsilə təşkil edir.

“ASAN vasitəsilə” vətəndaşların hüquqlarının müdafiəsi sahəsində “Elektron Hökumətin İnkişafı Mərkəzi” Elektron Hökumət Portalı, ASAN Viza, ASAN Ödəniş, ASAN Finans, ASAN Wifi, e-Agro sistemləri yaradılıb.

Dövlət qulluqçuları mütəmadi öz biliklərini artırmalıdır, “hightech” sahəsində yenilikləri mənimsəməlidir, öz peşəkarlıq səviyyəsi ilə gündəlik yeni çağırışlara cavab verməyə hazır olmalıdır.

Dövlət qulluqçularının fəaliyyətinin stimullaşdırılması, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ölkənin rəhbəri İlham Əliyev tərəfindən vacib qərarlar qəbul edilir. Nümunə üçün, son günlərdə qəbul edilən qərarlara əsasən dövlət qulluqçularının əməkhaqlarının artırılması, orden və medallarla təltif edilməsi dövlət qulluğu sisteminə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına yönəldilib. Bu gün vətəndaşların müraciətlərinin müsbət şəkildə həllinin tapılması dövlət orqanları üçün sağlam rəqabətin aparılması ilə nəticələnir. Rəqabət keyfiyyətli və məsuliyyətli xidmətin göstərilməsi ilə qiymətləndirilir.

Yuxarıda əks olunan elektron məhsullar vətəndaşların hüquq və vəzifələrinin təmin edilməsi istiqamətində yaxşı təcrübələrdən bir neçəsidir. Bu yeni sistem dövlət qulluğu mexanizmini təkmilləşdirib və virtual həyatda vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılmasına yönəldilib. Eyni zamanda, vətəndaşların internet resurslardan istifadə edərkən təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.

Bunun bariz nümunəsi bu günlərdə Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin Forumudur. Forumda qaldırılan məsələlər bütün dünyada dövlət qulluqçularının göstərdiyi xidmətlərin qiymətləndirilməsinə və yeni məqsədlərin formalaşdırılmasına yönəlib. Bu sahədə Azərbaycan öz müsbət təcrübəsi ilə Afrika, Asiya, Şərqi Avropa, Cənubi Amerika ölkələri üçün nümunəyə çevrilib. Artıq 18 ölkədə ölkəmizin müsbət təcrübəsi “ASAN xidmət” vasitəsilə tətbiq edilir.

Beləliklə, dövlət qulluqçuları cəmiyyətdə peşəkar, məsuliyyətli, innovativ, mədəni, qərəzsiz və ümumiyyətlə bir müsbət nümunəyə çevrilib. Həmin nümunəyə ki, vətəndaşlar tam inamla problemlərlə və suallarla müraciət edərək, vaxt itkisi olmadan həlli yolunu tapır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib