ELM VƏ TƏHSİL


Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi noyabrın 21-də keçiriləcək

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi noyabrın 21-də keçiriləcək

Bakı, 12 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin server və şəbəkə avadanlıqlarında aparılan texniki işlərlə əlaqədar peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat müddəti uzadılıb.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, qeydiyyat noyabrın 15-i saat 14:00-dək davam edəcək. Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi noyabrın 21-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.