SİYASƏT


Peterburqlular Azərbaycanın Baş konsulluğunun binası qarşısına güllər düzürlər

Sankt-Peterburq, 18 oktyabr, AZƏRTAC 

Peterburqlular Azərbaycanın Rusiyanın şimal paytaxtındakı Baş konsulluğunun binası qarşısına güllər düzürlər.

AZƏRTAC xəbər verir ki, dünəndən bəri Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun binası qarşısına insan axınının ardı-arası kəsilmir. Şəhər sakinləri, o cümlədən Azərbaycan diasporunun üzvləri Baş konsulluğun binası önünə güllər düzür, erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığı verirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.