DÜNYA


Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək

Kiyev, 21 aprel, AZƏRTAC

Ukraynada prezidentliyə namizəd Petro Poroşenko məntəqəyə gələrək səs verib.

AZƏRTAC xəbər verir ki, Poroşenko səsvermədən öncə ailəsi ilə birgə “Mixaylovski” kilsəsinə gələrək dualar edib.

Səsvermədən sonra jurnalistlər qarşısında çıxış edən Poroşenko deyib ki, ölkədə ədalətli, şəffaf seçkilər keçirilir: “Ukrayna demokratik yolla irəliləyir, Avropa İttifaqına inteqrasiya edir. Avropa yolunda islahatlar davam edəcək. İnanıram ki, xalq öz düzgün seçimini edəcək, ədalətli, demokratik seçki qalib gələcək”.

Qeyd edək ki, seçkilərin ikinci turunda prezidentlik uğrunda namizədlər Vladimir Zelenski ilə Petro Poroşenko mübarizə aparırlar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.