ELM VƏ TƏHSİL


“Petronas” şirkəti Bakı Ali Neft Məktəbinə iki təqaüd ayırıb

Bakı, 7 dekabr, AZƏRTAC 

Malayziyanın “Petronas” şirkəti Bakı Ali Neft Məktəbi (BANM) üçün təqaüd ayırıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, təqaüdün ayrılması neft-qaz sektorunda dünyanın aparıcı şirkətinin “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində reallaşıb. “Bu günün öyrənənləri, sabahın liderləri” şüarı altında həyata keçirilən proqram “Petronas” şirkətinin imtahan və xüsusi müsabiqələrdə uğur qazanan tələbələrə Malayziyada təhsil almaq şansı verir. Proqram çərçivəsində xüsusi seçilmiş tələbələr Malayziyada Petronas Texniki Universitetində təhsil alacaqlar.

Artıq BANM-in ikinci kurs tələbələri Əli Yusifov və Elnur Şahbalayev şirkət tərəfindən seçilərək təhsil almaq üçün Malayziyaya yola düşüblər. Şirkət tələbələrin təhsil haqqı, yataqxana xərclərini ödəyəcək və hər ay təqaüdlə təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.