CƏMİYYƏT


Pinşa Qoldşmid: Azərbaycan Avropada tolerantlıqla bağlı qüvvələri bir araya gətirir VİDEO

Pinşa Qoldşmid: Azərbaycan Avropada  tolerantlıqla bağlı qüvvələri bir araya gətirir VİDEO

Brüssel, 7 dekabr, AZƏRTAC

Azərbaycana ilk səfərim 1998-ci ildə Amerika Yəhudi İcmalarının rəhbərlərindən ibarət nümayəndə heyətinin tərkibində olub. Həmin il Amerika yəhudiləri ilə birlikdə Bakıda olduq və yerli yəhudi icmasının üzvləri ilə görüşdük. Bu səfər çərçivəsində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevlə görüş mənə böyük təəssürat bağışladı.

Bu fikirləri Avropa Ravvinləri Konfransının prezidenti, Avropada Təhlükəsizlik və Dini Azadlıq İnstitutunun təmsilçisi Pinşa Qoldşmid (Pinchas Goldschmidt) AZƏRTAC-a müsahibəsində söyləyib.

O qeyd edib ki, Azərbaycan tərəfindən Brüsseldə təşkil olunan “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfransın dini azadlıq uğrunda mübarizə aparan ekspertləri bir araya gətirməsi son dərəcə əhəmiyyətlidir.

“Bu konfrans Avropada dini azadlıq və tolerantlıq üzrə fəaliyyət göstərən bütün qüvvələri bir araya gətirib. Konfransda tolerantlıq və etiqad azadlığı ilə bağlı fikir mübadiləsi aparıldı, bu istiqamətdə fəaliyyətin konkret yolları müəyyən edildi. Bu, çox əhəmiyyətlidir”, - deyə P.Qoldşmid qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.