CƏMİYYƏT


Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

Bakı, 15 may, AZƏRTAC

Bütün dünya üzrə təhsil sisteminin və dayanıqlı ətraf mühitin dəstəklənməsi ilə məşğul olan HOPEMAN şirkətinin təşkilatçılığı ilə "Mina epidemiyası və insan əleyhinə minaların yaratdığı humanitar fəlakətin müasir sənətinin virtual sərgisi" mövzusunda videokonfrans və sərgi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransın ideya müəllifi HOPEMAN Consultants UK-nin baş məsləhətçisi Leyla Qasımova olub. Tədbirin məsləhətçiləri İngiltərədən və Cenevrədən Qlobal Su Mühiti və Sağlamlığı İnstitutunun (GIWEH) təmsilçiləridir. Konfransda BMT-nin, eləcə də Böyük Britaniya, Azərbaycan, İsveçrə, Avstraliya, CAR, Niderland, Türkiyə, Afrika və Okeaniya ölkələrindəki beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Konfrans zamanı piyada əleyhinə mina riskləri barədə məlumatlılığın və bölgədə təhlükəsizliyin artırılması, eyni zamanda, azad edilmiş torpaqların dayanıqlı inkişafına dair aparıcı təcrübələrin tətbiq olunmasından danışılıb. Tədbirdə səsləndirilən fikir və həll yollarının gerçəkləşdirilməsi naminə ortaq strateji metodologiyanın hazırlanmasının, azad edilmiş ərazilərdə maddi və qeyri-maddi irsin mühafizəsi üçün ortaq idarəetmə strukturunun yaradılmasının önəmi vurğulanıb. Konfrans iştirakçıları və qonaqlar Ermənistan rəhbərliyini bu cür ciddi problemə konstruktiv mövqedən yanaşmağa və azad edilmiş torpaqlarda yerləşdirilmiş minaların xəritələrini Azərbaycan tərəfinə təqdim etməyə çağırıblar.

Çağdaş İncəsənət Virtual Sərgisində azərbaycanlı rəssamlar və fotoqraflar Rafiq Qəmbərov, Mirnaib Həsənoğlu, Oleq Litvin, Məmməd İsmayılov və Fərid Mirzəyevin nümayiş olunan əsərləri bir daha piyada əleyhinə minaların nə qədər təhlükəli olduğunu və insanlara böyük humanitar problem yaratdıqlarını nümayiş etdirib.

Konfrans iştirakçılarına piyada əleyhinə minalardan zərər çəkmiş insanların hekayələri təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.