İQTİSADİYYAT


Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı bütün sahələrdə özünü büruzə verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 9-da jurnalistlərə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib ki, bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclasında mühüm məsələlər müzakirə olunub: “Bu, qarşılıqlı iqtisadi əlaqələrin daha da möhkəmlənməsi üçün mühüm bir görüşdür. Azərbaycanla Rusiya arasında əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya yüksək səviyyəli səfəri bu münasibətlərin dərinləşməsinin əyani göstəricisidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.