CƏMİYYƏT


Polis Balakəndə karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər həyata keçirir VİDEO

Bakı, 22 noyabr, AZƏRTAC

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təminatı məqsədilə nəzarət-profilaktik, maarifləndirmə tədbirləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xüsusi karantin rejiminə uyğun olaraq ölkə ərazisində həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də sərnişindaşıma ilə məşğul olan marşrut sürücülərinə cümə günü bu barədə xəbərdarlıq edilib və qaydalara riayət etmələri tapşırılıb. Əks təqdirdə, barələrində inzibati tənbeh tədbirləri görüləcəyi onların diqqətinə çatdırılıb.

Həmçinin polis əməkdaşları rayon ərazisində yerləşən böyük marketlərdə, apteklərdə, eləcə də açıq ictimai yerlərdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirirlər. Reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlandıqda onlara tibbi maskadan istifadənin zəruriliyi, bu istiqamətdə həyata keçirilən tədbirlərin onları sağlamlığını qorumaq məqsədi daşıdığı diqqətə çatdırılır. Rejim qaydalarına biganə yanaşan şəxslər barəsində isə qanuni tədbir görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.