CƏMİYYƏT


Polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının bir qrupu “Türk Şəhidliyi” abidəsini ziyarət edib

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də ərazidə xidmətdə olan bir qrup polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları Şəhidlər xiyabanındakı “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları və hərbi qulluqçular Bakının işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhid türk əsgərlərini ehtiramla yad edib, onların xatirələrinə ucaldılmış abidənin önünə tər çiçək dəstələri düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.