CƏMİYYƏT


Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Kütləvi informasiya vasitələrində, o cümlədən DİN-in rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, nazirliyinə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 194 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Onlardan 62 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər, 4-ü isə şəhid ailələrinin üzvləri olub.

Gənclərlə görüşdə çıxış edən nazir V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafında, həmçinin Vətən müharibəsində gənclərimizin böyük rolu olduğunu, ölkəmizin ümumi inkişafına mühüm töhfə verdiklərini vurğulayıb. O, daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.