Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Ermənistan və havadarları Azərbaycana qarşı təxribatları davam etdirərlərsə, başlarında növbəti “Dəmir yumruğu” görə bilərlər

Politoloq: Ermənistan və havadarları Azərbaycana qarşı təxribatları davam etdirərlərsə, başlarında növbəti “Dəmir yumruğu” görə bilərlər

Bakı,15 iyul, AZƏRTAC

Biz son zamanlar Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqelərinin atıcı silahlardan atəşə tutulmasının şahidi oluruq. Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılır. Bu proseslərlə bərabər, Ermənistanın və ona havadarlıq edən müəyyən qüvvələrin artıq mövcud olmayan Dağlıq Qarabağla bağlı bəyanatlarını da eşidirik. Məsələn, ABŞ Dövlət Departamenti və Fransanın Ermənistandakı səfiri Dağlıq Qarabağın statusu ilə bağlı məsələləri bu günlərdə yenidən gündəmə gətirməyə cəhd ediblər. Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Ermənistana baş tutacaq səfərində də çox güman ki, Dağlıq Qarabağla bağlı təxribat xarakterli çıxışlar olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.

Zaur Məmmədov bildirib: “Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan və onlara havadarlıq edən qüvvələr 44 günlük müharibənin nəticələri ilə razılaşmaq istəmirlər. Prezident İlham Əliyev son çıxışında həmin qüvvələrə də mesaj göndərərək dedi ki, Dağlıq Qarabağ termini daha yoxdur və heç kim bunun xəyalı ilə yaşayaraq eyforiyaya qapılmasın. Bu hadisələrə real müstəvidə yanaşılsın. Rəsmi Bakının növbəti dəfə Ermənistana etdiyi xəbərdarlığı onlar qulaq ardına vurarlarsa, ziyanlarına işləyəcək. Prezident İlham Əliyev çıxışında kifayət qədər ciddi şəkildə Ermənistanı təxribatlardan uzaq olmağa çağırdı və qeyd etdi ki, bu, onlara baha başa gələ bilər”.

Politoloq deyib ki, Prezident İlham Əliyevin çıxışında diqqəti xüsusi cəlb edən məqam Zəngəzur, Göyçə və İrəvan ifadələrindən istifadə etməsi idi. Müzəffər Ali Baş Komandan bildirdi ki, əgər kimlərsə Azərbaycana qarşı yenidən Dağlıq Qarabağ kartından istifadə etməyə cəhd edəcəksə, o zaman biz Azərbaycan torpaqlarının ərazi bütövlüyü məsələsini qaldıra bilərik. Dövlətimizin başçısı Zəngəzurun 101 il əvvəl Azərbaycandan qeyri-qanuni şəkildə alınaraq Ermənistana verilməsini diqqətə çatdırdı. Həmçinin vurğuladı ki, Zəngəzurda bizim dədə-babalarımız yaşayıb, ora bizim tarixi torpaqlarımızıdır. Azərbaycanlılar Zəngəzura qayıdacaqlar.

“Azərbaycan Prezidentinin iyulun 7-də iqtisadi rayonların yeni bölgüsünün yaradılması ilə bağlı Fərmanı çox əhəmiyyətli və vacib bir qərardır. Fərmanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması onu deməyə əsas verir ki, Paşinyan hakimiyyəti bizdən ehtiyatlı olmalıdır. Necə ki, bundan əvvəl o, Azərbaycanın xəbərdarlığına məhəl qoymayaraq tərəfimizdən çox böyük zərbə aldı, bundan sonra da Ermənistan və havadarları Azərbaycana qarşı bu cür təxribatçı gedişatlar edərlərsə, başlarında “Dəmir yumruğu” yenidən görə bilərlər. Yaxşı olardı ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış Bəyanatın şərtləri icra edilsin, oradakı məsələlər həllini tapsın. Baş verən son təxribatları nəzərə alaraq, oradakı erməni hərbi birləşmələrinin çıxarılması məsələsi də kifayət qədər aktuallıq kəsb edir. Bu məsələdə Rusiya tərəfi də məsuliyyətlə davranaraq, üçtərəfli Bəyanatın reallaşması üçün əlindən gələni əsirgəməməlidir”, - deyə politoloq diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, kimliyindən asılı olmayaraq, bütün dairələr bilməlidirlər ki, Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Artıq müharibə geridə qaldı, 44 günlük Vətən savaşında Ermənistan Azərbaycan qarşısında məğlub oldu. Bundan sonra kimsə Azərbaycanın ərazi bütövlüyünə müdaxilə edərsə, bölgədə yaranmış yeni vəziyyəti pozmaq istəyərsə, onlar tarixi Azərbaycan torpaqlarının geniş şəkildə müzakirəyə çıxarılması məsələsi ilə mütləq şəkildə üzləşə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında