Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaq

Politoloq: Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaq

Bakı, 29 oktyabr, AZƏRTAC

İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri sülhün və təhlükəsizliyin əhəmiyyətini daha aydın dərk etdilər. Hərbi-siyasi bloklaşmaların bəşəriyyət üçün nə dərəcədə təhlükəli fərqinə varan əksər dünya dövlətləri qoşulmama ideyasını genişləndirdilər. 1955-ci ildə qəbul olunmuş Bandunq prinsipləri əslində dünyanın dinc, sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin edəcək on zəruri “resept” ifadə edirdi. Əslində Bandunq prinsipləri dövlətlərin təbii olaraq əməl etməli olduqları prinsiplərdir. Lakin dünyada xeyli sayda dövlətin bu prinsiplər əsasında ayrıca təşkilatlanması olduqca əhəmiyyətli idi. Qoşulmama Hərəkatının rəsmi yaranması tarixinə diqqət yetirsək, onun dünya üçün əhəmiyyətini daha aydın dərk edərik. Belə ki, hərəkatın 1961-ci ildə, Karib böhranından bir il əvvəl yaranması bəlkə də dünyanı böyük bəladan xilas etdi. Çünki belə bir təşkilatın yaranması haqqında ideyaların genişlənməsi sərt qlobal qütbləşməni müəyyən qədər əngəlləyə bildi. Hesab etmək olar ki, soyuq müharibənin üçüncü dünya müharibəsinə çevrilməsini əngəlləyən amillərdən biri rolunda məhz Qoşulmama Hərəkatı çıxış etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq qeyd edib ki, soyuq müharibənin bitməsi və SSRİ-nin süqutu ilə təşkilatın aktuallığı gözlənildiyi kimi zəiflədi. Çünki ABŞ-ın başçılığı ilə tək qütbün əlamətləri özünü göstərirdi. Lakin dünya sürətlə dəyişir. XXI əsrin əvvəllərindən başlayaraq dəqiq bəlli oldu ki, dünya təkqütblü olmayacaq. Beynəlxalq münasibətlər sistemində digər aktorların da təsiri aydın hiss olunmağa başlandı. Bununla da, Qoşulmama Hərəkatının əhəmiyyəti soyuq müharibə dövründən zəif olmayaraq büruzə verdi.

Elşad Mirbəşiroğlu bildirib ki, Qoşulmama Hərəkatı insani və iqtisadi resurslarına görə kifayət qədər böyük və ciddi bir təşkilatdır. Bu təşkilat çərçivəsində əməkdaşlıq ən müxtəlif hədəflərə xidmət edə bilir. Belə ki, Qoşulmama Hərəkatı üzv ölkələri qlobal sülhün və təhlükəsizliyin qorunması üçün vacib olan prinsiplər əsasında birləşməsini təmin etməklə yanaşı, həm də bu ölkələr arasında digər sahələrdə də əməkdaşlıq və qarşılıqlı anlaşma mühitini daha da yaxşılaşdırır. 120 ölkə təşkilata qoşulmaqla hər şeydən əvvəl mövqelərini və beynəlxalq münasibətlər sistemində fəaliyyətlərinin prinsiplərini bəyan etmiş oldu. Yəni, onlar insan hüquqlarına hörmətlə yanaşmaq, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirəcək hərəkətlərdən çəkinmək kimi prinsipləri dəstəklədiklərini nümayiş etdirirlər.

Politoloq deyib ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının 2011-ci ildən tamhüquqlu üzvüdür. Bu vaxta qədər də müşahidəçi statusunda təşkilat çərçivəsində kifayət qədər fəallıq nümayiş etdirib. Nəzərə almaq lazımdır ki, 2011-ci ildə Hərəkata tamhüquqlu üzv statusunda qoşulan ölkəmiz çox qısa zamanda, cəmisi 5 il sonra, yəni 2016-cı ildə artıq ona sədrlik etmək hüququ qazandı. 2016-cı ildə 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyi haqqında qərar qəbul olundu. Bu da Azərbaycan Respublikasının xarici siyasətinin böyük uğuru, diplomatiyasının keçərliliyi kimi qiymətləndirilməlidir. Bundan başqa, ölkənin bütün istiqamətlərdə potensialının yüksək olması üzv ölkələr tərəfindən qəbul edilir ki, bu da Azərbaycana olan marağı və dəstəyi gücləndirir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi üçün əsas dəstəyi məhz Qoşulmama Hərəkatına üzv olan ölkələrdən almışdı. Deməli, Azərbaycan elə ilk vaxtdan Hərəkata üzv ölkələrin diqqətini və rəğbətini qazana bilib. Bu, olduqca əhəmiyyətlidir. Çünki Qoşulmama Hərəkatı kifayət qədər təsir imkanlarına malikdir və dünya siyasətində korrektələr etmək iqtidarındadır. Bu platformada Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunması istiqamətində də səmərəli fəaliyyəti həyata keçirə bilir. 2012-ci ildən başlayaraq Hərəkatın Sammitinin yekun sənədlərində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyi aydın şəkildə vurğulanır.

Politoloq vurğulayıb ki, oktyabrın 25-26-da Azərbaycan Respublikası özünün müstəqillik tarixində ən böyük tədbirə ev sahibliyi etdi. Bu, Azərbaycanın bir daha tanıdılması, yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından yaxşı nəticələrə səbəb olacaq. Həmçinin Azərbaycan Respublikası bir daha nümayiş etdirdi ki, ən mühüm beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək iqtidarındadır. Bu da Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsini təmin edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb