Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Qoşulmama Hərəkatının institusional inkişafı baxımından parlament şəbəkəsinin yaradılması zamanın çağırışıdır

Politoloq: Qoşulmama Hərəkatının institusional inkişafı baxımından parlament şəbəkəsinin yaradılması zamanın çağırışıdır

Bakı, 7 iyul, AZƏRTAC

İkinci Dünya müharibəsinin bitməsinin ardından hərbi-siyasi bloklaşmaların acı fəsadları fonunda sülhün və təhlükəsizliyin əhəmiyyətini daha dərindən dərk edən dünya dövlətləri qoşulmama ideyası ətrafında birləşməyə meyil etdilər. Belə ki, Qoşulmama Hərəkatı Soyuq müharibə dövründə nə ABŞ, nə də Sovet İttifaqı ilə rəsmi şəkildə birləşməyə çalışmayan, lakin müstəqil və ya bitərəf qalmağa çalışan dövlətlərin təşkilatı kimi yaradılıb. Təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanan Qoşulmama Hərəkatının prinsipləri ilə Azərbaycanın xarici siyasətində prinsipial kimi müəyyənləşdirilən dəyərlərin eyniliyi BMT-dən sonra dünya dövlətlərinin toplandığı ikinci mötəbər qurumla münasibətlərimizin daha da dərinləşdirilməsində əsas fundamental amil oldu. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərini milli təhlükəsizlik maraqları kontekstində qurub. Çünki enerji siyasətimiz kimi xarici siyasətimiz də çoxvektorludur. Şübhəsiz ki, bu siyasət də Azərbaycana müxtəlif güc mərkəzləri arasında özünün milli maraqlarından çıxış edərək manevrlər etməyə imkan yaradır. Azərbaycanın nümunəvi sədrliyi ilə irəli sürdüyü təşəbbüslər müxtəlif tarixi, siyasi və mədəni inkişaf yoluna malik 120 ölkəni özündə birləşdirən Qoşulma Hərəkatına nüfuz qazandırır. Məhz bu effektiv sədrliyə görə 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın sədrlik müddəti uzadılmış oldu. Bu faktın özü dünya siyasi arenasında Azərbaycanın çəkisinə, onun liderinin şəxsi nüfuzuna verilən yüksək dəyərin əyani təzahür formasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

O bildirib ki, müasir dünyanın gətirmiş olduğu çağırışlar fonunda dövlətimizin başçısı hər zaman dünya dövlətləri arasında həmrəyliyin gücləndirilməsi məsələsinə diqqət çəkir. 2011-ci ildə Qoşulmama Hərəkatına qoşulduqdan sonra Azərbaycan dövlətlər arasında həmrəylik, qarşılıqlı dəstəyə önəm verən, eyni zamanda, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə kimi Bandunq prinsiplərini hər zaman yeganə əsas kimi qəbul edir. Azərbaycan Prezidenti bütün beynəlxalq platformalarda dünya dövlətlərini beynəlxalq hüququnun aliliyinin əsas götürülməli olduğuna, qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin olduğu bir vaxtda həm də ərazi, enerji, humanitar böhranlarla əlaqədar olaraq həmrəylik və vahid mövqenin birləşdirilməli olduğuna hər zaman böyük diqqət ayırır.

Politoloq qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaş olduğundan sıx işbirliyi etdiyi beynəlxalq təşkilatların özlərinin də nüfuzlarının artmasına dərindən töhfə verən ölkədir. Belə ki, qısa zaman çərçivəsində dövlətimizin başçısının dünya siyasi arenasına yaxından bələd olması və şəxsi nüfuzu sayəsində ölkəmizin böyük etimad və hörmət qazandığı qədər Hərəkatın da dünyada nüfuzunun artmasında Azərbaycan əhəmiyyətli rol oynadı. Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan sonra bütün mərhələlərdə yeni təşəbbüslər irəli sürən ölkədir. Hərəkatın institusional inkişafı baxımından Parlament şəbəkəsinin, Gənclər Şəbəkəsinin, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması məhz Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərdir.

Parlament diplomatiyasının son illərdə aktuallıq kəsb etməsinin səbəbi isə heç şübhəsiz ki, qloballaşan dünyada zamanın əlamətidir. Milli və xarici əlaqələr arasında sərhədlərin getdikcə daha çox silinməyə doğru getməsi o deməkdir ki, parlamentarilər qarşılarına qoyulan məsələlərə qlobal düşüncə ilə baxmalıdırlar. Müvafiq olaraq, beynəlxalq parlament təmaslarının əhəmiyyəti artır və yaxın illərdə bu əlaqələrin dayandırılması, qarşısının alınması mümkün deyil. Məhz bu qarşısıalınmaz, zamanın çağırışı olan məsələyə Azərbaycan Prezidenti İlham Əliyev zamanın nəbzini tutaraq vaxtında önəm verdi.

Ş.Həsənovanın sözlərinə görə, “Parlament diplomatiyası” ölkələr arasında qarşılıqlı anlaşmanı artırmaq, hökumətə nəzarəti təkmilləşdirmək, öz xalqını təmsil etmək məqsədilə parlament üzvlərinin həyata keçirdikləri beynəlxalq fəaliyyətlərin geniş spektrini təsvir etmək, hökumətlərarası institutların demokratik legitimliyini artırmaq üçün istifadə edilən ümumi termindir. Bu baxımdan da parlamentlər başa düşürlər ki, onlar artıq hökumətlərin xaricdə fəaliyyət üçün yeganə rəhbərliyi və məsuliyyəti öz üzərinə götürməsini gözləyə bilməzlər. Müasir dünyada çoxşaxəli yanaşma tələb edən mürəkkəb problemlərin həllində hər zamankından daha çox ayrı-ayrılıqda parlamentarilər, institutlar kimi isə parlamentlər öz paylarını verməyə çağırılır. Bu gün parlament diplomatiyası xarici siyasətdə köməkçi alət kimi istifadə olunur, parlamentlər xarici məsələlərdə oynadıqları rolla bağlı mürəkkəb və çoxşaxəli məsələləri təmsil edirlər. Bu baxımdan da Prezident İlham Əliyev iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında çıxış edərkən nitqinin əvvəlində Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü kimi parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə önəm daşıdığını yaxşı bildiyini vurğulaması müasir dünya düzəninin müxtəlif qlobal çağırışlarla məşğul olarkən parlament diplomatiyasının, son vaxtlar parlamentlərin artan rolu, onların xarici siyasət və beynəlxalq münasibətlər məsələlərinə cəlb olunması ilə inkişaf etdirilməsi, diplomatiyanın mühüm perspektivli və alternativ forması kimi aktuallıq kəsb etməsi ilə bağlıdır.

“Böyük ədalətsizliklə üzləşmiş ölkə olsaq da, millətimiz etnik təmizləməyə, torpaqlarımız barbarlıq və vandalizmə məruz qalsa da dövlətimizin başçısı çıxışında Azərbaycanın sadəcə regional məsələlərə deyil, həm də qlobal məsələlərə həssas yanaşdığını, onlarla bağlı öz mövqeyini nümayiş etdirdiyini ifadə etməsi, bu baxımdan dünyaya verdiyimiz mesajlar Azərbaycanın dünyada sülh, təhlükəsizlik və ədalətin təntənəsi üçün bütün alətlərdən istifadə edən dövlət olması haqqında dünyada beynəlxalq ictimai rəy yaratması ilə birləşdi. Peyvənd millətçiliyinə qarşı mübarizəmiz, düşünürəm ki, dünya dövlətlərinin nümunə götürməli olduğu məsələdir. Azərbaycanın verdiyi töhfələr bununla kifayətlənmir. Biz əməldə də konkret işlər ortaya qoyduq. Belə ki, 80-dən çox ölkəni maliyyə və humanitar yardımla təmin etməklə yanaşı, eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etdi ki, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılıb. Ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanın yaratdığı məlumat bazasından istifadə etməyə başlaması dövlətimizin bu məsələlərdə sistemli, koordinasiyalı, effektiv və nəticə etibarilə bütün bəşəriyyət üçün faydalı iş görməsindən, doğru siyasət yürütməsindən xəbər verir”, - deyə politoloq diqqətə çatdırıb.

O əlavə edib ki, bir tərəfdə imici yüksək olan, sülhü təşviq edən Azərbaycanın, digər tərəfdə isə işğalçılıq siyasəti yürüdən Ermənistanın imici də Qoşulmama Hərəkatına üzv dövlətlərə yaxşı məlumdur. Məhz buna görə də BMT Təhlükəsizlik Şurası səviyyəsində Azərbaycanın əleyhinə olan qətnamənin qəbul olunmasına Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin Anti-Azərbaycan mahiyyətli bəyanatı bloklaması son illərdə Qoşulmama Hərəkatı ilə sıx təmasların qurulmasının hansı nəticələrə hesablandığından xəbər verir. Məhz bu məqamda onu bildirmək yerinə düşür ki, zamanında Qoşulmama Hərəkatı ilə əlaqələrin inkişafına skeptik yanaşanlar belə dövlətimizin başçısının olduqca geniş vizyona sahib olduğunu qəbul və etiraf etmək məcburiyyətində qaldılar.

“Prezident İlham Əliyev haqlı olaraq Ermənistanın beynəlxalq hüququ heçə sayması, ona qarşı sanksiyaların olmamasını beynəlxalq riyakarlıq adlandırdı. Məhz bu amil Ermənistanın qanunsuz əməllərinə rəvac verir, haqq qazandırırdı. İndi isə regionda yeni reallıq yaradılıb. Bu reallığın tərkibində isə nə dırnaqarası status yoxdur, nə də ATƏT-in Minsk qrupu. Bunu Ermənistan da, ona havadarlıq edən, gerçəkliyi görməyə süni maneələr yaradan qüvvələr də aydın dərk etməlidir.

Sədrlik müddətinin daha bir il artırılması isə məhz Azərbaycanın fəaliyyətinin ən yüksək formada dəyərləndirilməsi idi. Qalib ölkə olmaq, sonrasında isə təşəbbüskarlığı əlində saxlamaq asan məsələ deyil. Azərbaycan isə atdığı hər addımda bunu uğurla icra edir”, - deyən Şəbnəm Həsənova fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır