SİYASƏT


Polkovnik Eray Guçlüer: Saxta soyqırımı açıqlaması Fransa üçün siyasi ləkədir

Ankara, 6 fevral, AZƏRTAC

Əslində Fransa Prezidentinin saxta “erməni soyqırımı” ilə bağlı açıqlamasında yeni heç nə yoxdur. Təəssüf ki, Avropanın bəzi siyasətçiləri qoca qitədə köklənən erməni millətçi dairələrinin təsirindən çıxa bilməyiblər. Bu açıqlama da əvvəlki ədalətsiz mövqelərin davamıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Guçlüer deyib.

O deyib ki, Fransanın dövlət başçısı bu açıqlamasının Türkiyə dövləti və xalqı tərəfindən kəskin etirazla qarşılanacağını yaxşı bilirdi. Belə bir açıqlamanın ortaya çıxmasında iki mühüm amil var. Birincisi, erməni diasporunun qarşısında götürülən öhdəlik, ikincisi, Fransadakı mövcud siyasi böhranı arxa plana keçirmək. Bunların hər ikisi hüquqa və siyasi mədəniyyətə ziddir. Dövlət başçısı ayrı-ayrı qurumlar qarşısında götürdüyü öhdəliyə yox, seçicilərinə verdiyi vədə sadiq olmalıdır. Digər tərəfdən, yaxşı olar ki, Emmanuel Makron ölkəsindəki siyasi böhranın əsl səbəblərini siyasi mədəniyyətlə aradan qaldırmağa səy göstərsin, avantürist açıqlamalarla yox. Hadisələrin necə cərəyan edəcəyindən asılı olmayaraq saxta “soyqırımı günü” açıqlaması Fransa üçün siyasi ləkədir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.