DÜNYA


Polşa Kiyevə 60 ədəd “PT-91 Twardy” tankı verəcək

Polşa Kiyevə 60 ədəd “PT-91 Twardy” tankı verəcək

Bakı, 27 yanvar, AZƏRTAC

Polşa vəd etdiyi “Leopard” tanklarından əlavə, Kiyevə daha 60 ədəd “PT-91 Twardy” tankı göndərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andriy Yermak özünün “Telegram” kanalında yazıb. Varşava daha öncə Ukraynaya 200-dən çox “T-72” tankı tədarük edib.

“PT-91 Twardy” 1990-cı illərdə T-72M1 tankının lisenziya versiyası əsasında hazırlanıb. 1995-2002-ci illərdə “Bumar Labedy” müəssisəsi Polşa silahlı qüvvələri üçün 232 ədəd belə tank istehsal edib. Ağırlığı 45,9 ton olan tankı üç ekipaj üzvü idarə edir. Ötən il Ukraynaya verilən həmin tanklar hərbi əməliyyatlarda aktiv istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.