İDMAN


Polşa voleybolçuları qrup mərhələsində ikinci qələbə qazanıblar

Bakı, 23 sentyabr, G.Mahmudlu, AZƏRTAC

Sentyabrın 23-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatında günün ikinci oyununda “A” qrupunda komandamızın rəqibləri olan Polşa və Macarıstan voleybolçuları üz-üzə gəliblər.

AZƏRTAC xəbər verir ki, Bakıda Milli Gimnastika Arenasında maraqlı idman mübarizəsi şəraitində keçən matç Polşa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün birinci setində daha dəqiq oynayan polşalılar 25:22 hesabı ilə qalib gəliblər. Qarşılaşmanın ikinci hissəsində əzmkarlıq nümayiş etdirən macarıstanlı voleybolçular hesabı bərabərləşdiriblər - 25:19. Görüşün üçüncü setində təşəbbüsü ələ alan polşalı voleybolçular hissəni öz aktivlərinə yazıblar - 25:17. Dördüncü setin əvvəllərində Macarıstan yığmasının hesabda yeddi top fərqi ilə irəli çıxmasına baxmayaraq, Polşa millisi hissənin ortalarında üstünlüyə yiyələnərək seti öz xeyirlərinə tamamlayıb - 25:18.

Beləliklə, rəqiblərini 3:1 hesabı ilə məğlub edən polşalı voleybolçular turnirdə ardıcıl ikinci qələbələrini qazanıblar.

Sentyabrın 24-də bu qrupda yer alan Azərbaycan komandası Polşalı voleybolçularla qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.