ELM VƏ TƏHSİL


Polşada Azərbaycanın daxili və xarici siyasətinə həsr olunan kitab nəşr edilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Polşanın Yagellon (Krakov) Universitetinin beynəlxalq münasibətlər və siyasi elmlər fakültəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinə həsr edilən “Contemporary Azerbaijan in Social and Political Dimension” kitabı nəşr olunub.

Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, Polşa tərəfdən kitabın redaktoru Yagellon (Krakov) Universitetinin beynəlxalq münasibətlər və siyasi elmlər fakültəsinin dosenti Piotr Bayor, Azərbaycan tərəfdən isə BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Fərhad Hüseynovdur. Kitab Yagellon (Krakov) Universitetinin maliyyə dəstəyi ilə bu təhsil müəssisəsinin “Ksiegarnia Akademicka” nəşriyyatında çap edilib.

Nəşrdə BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin alimləri tərəfindən yazılmış məqalələr təqdim olunub. Azərbaycanda baş verən siyasi, iqtisadi, tarixi, hüquqi proseslərin hərtərəfli təhlili verilib, qərb oxucusunda ölkənin müasir vəziyyəti haqqında dolğun təsəvvür yaradılıb.

Qeyd edək ki, bu kitab 2013-cü ilin oktyabrında BDU və Yagellon (Krakov) Universiteti arasında imzalanan müqaviləyə əsasən “Şərq Tərəfdaşlığı: məqsədlər-təcrübə-çağırışlar” proqramının nəticəsi olaraq nəşr etdirilib. Eyni zamanda, müvafiq layihə çərçivəsində BDU-da “dəyirmi masa” keçirilib və bunun davamı kimi beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimləri, layihənin milli əlaqələndiricisi Fərhad Hüseynov və Kamran Eyyubov Yagellon (Krakov) Universitetində keçirilən yekun konfransda məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.