DÜNYA


Polşada güclü külək 150 min insanı elektrik enerjisindən məhrum edib

Varşava, 11 mart, AZƏRTAC 

Polşada əsən güclü külək, bir nəfərin yaralanması, 150 min insanın isə elektrik enerjisiz qalması ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, Polşanın fövqəladə hallar üzrə ixtisaslaşmış orqanları əsən güclü küləyin 15 yaşayış evi və 4 ictimai binanın dam örtüyünü dağıtması haqqında məlumat yayıblar. Bir qadının üzərinə ağac aşıb və o xəstəxanaya yerləşdirilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.