DÜNYA
Polşada yeni qaz yataqları aşkarlanıb
Varşava, 9 fevral, AZƏRTAC
Polşanın Pşemışl şəhəri yaxınlığında torpağın 2 min metr dərinliyində istismar edilməmiş qaz yataqları aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, Polşanın “PGNiG” neft-qaz konserninin sədri yeni mənbənin onilliklər boyu qaz təminatına zəmanət verdiyini söyləyib.
Pşemışl yaxınlığındakı yataq 60 ildir ki, istismardadır. Yeni qaz yataqlarını qazma sahəsində innovativ üsulların tətbiqi nəticəsində aşkarlamaq mümkün olub. 2030 metr dərinlikdə yerləşən quyunu bu ilin əvvəlində qazıblar. “PGNiG” konserni ilin sonunadək daha 3 quyu qazmağı planlaşdırır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]