MƏDƏNİYYƏT


Polşalı şagirdlər Azərbaycan nağıllarına illüstrasiyalar çəkiblər

Bakı, 9 noyabr, AZƏRTAC

Jurnalist Ekspert Mərkəzinin (JEM) dəstəyi ilə Polşa Respublikasının paytaxtı Varşava şəhərində Azərbaycan nağıllarına həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, 169 nömrəli tam orta məktəbin kitabxanasında Maria Grykayanın rəhbərliyi ilə gerçəkləşən Beynəlxalq Nağıl Gününə həsr olunan tədbir çərçivəsində şagirdlərə Azərbaycan nağılları təqdim edilib.

Uşaq mahnılarının bəstəkarı və uşaq yazarı, pianoçu Katarzyna Kulikowska, rəssam-müəllim Gilan Əzizxanlı "Kəpənəyin nağılı", "Tülkü və Hacıleylək" nağıllarını polyak və Azərbaycan dillərində səsləndiriblər. Təəssüratları əsasında nağıllara illüstrasiyalar çəkən polşalı şagirdlərə JEM-in diplomları verilib.

“Tülkü və Hacıleylək” nağılını Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin baş müəllimi Samirə Abdullayeva, “Kəpənəyin nağılı”nı Slavyan Universitetinin məzunu Səbinə Yunisova polyak dilinə çevirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.