İQTİSADİYYAT
Polşanın Ticarət Müşavirləri Klubunda azərbaycanlı diplomatların da iştirakı ilə görüş keçirilib
Varşava, 9 oktyabr, AZƏRTAC
Polşa Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Ticarət Müşavirləri Klubunda azərbaycanlı diplomatların da iştirakı ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Albaniya, Avstriya, Belarus, Kanada, Çin, Misir və digər ölkələrin Polşada fəaliyyət göstərən 19 diplomatının iştirak etdiyi görüşə yerli iş adamları da maraq göstərib. Görüşün əsas mövzusu ticari əməkdaşlıq istiqamətində fəaliyyət göstərə biləcək vahid məlumat mərkəzinin yaradılması olub.
Polşanın İnkişaf və İnvestisiyalar Nazirliyinin və LOT Hava Yolları şirkətinin təşkilatçılığı ilə keçirilən görüşdə diplomatlar regionda fəaliyyət göstərən bir sıra sənaye obyektlərini ziyarət edib, yerli rəhbərliklə görüşüb, “Lomj biznes mələkləri” adlı konsertdə iştirak ediblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava