MƏDƏNİYYƏT


Polşanın turizm portalında Azərbaycan haqqında geniş məqalə dərc olunub

Varşava, 26 iyun, AZƏRTAC 

Polşanın turizm portalı “ttg.com.pl”da (Travel Trends Group) Azərbaycan barədə geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Şərqin Qərblə birləşdiyi yer” adlı məqalə “Azərbaycan əsrarəngiz yerdir. Bu qərb perspektivləri olan şərq ölkəsidir. Ölkədə minillər boyunca müxtəlif mədəniyyətlər birləşir, Böyük İpək Yolu ilə hərəkət edən səyyahların xatirələri dolaşır” cümlələri ilə başlayır və ölkəmizin yüksək turizm potensialını əks etdirən maraqlı təsvirlərlə davam edir.

Qədimdən müasir dövrədək uzanan tarixi əks etdirən yazıda qədim və müasir abidələrimiz, tarixi faktlar, keçirilən mədəni tədbirlər barədə məlumat verilir. Həmçinin milli mətbəx nümunələri də misal göstərilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.