İDMAN
“Portu” UEFA Gənclər Liqasının qalibi olub VİDEO
Bakı, 30 aprel, AZƏRTAC
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Gənclər Liqasının final matçında Portuqaliyanın “Portu” və İngiltərənin “Çelsi” komandaları qarşılaşıb. Nyondakı (İsveçrə) “Kolovrey” stadionunda keçən görüşdə “Portu” 3:1 hesabı ilə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, qaliblərin heyətində qolları Fabio Ferreyra Vyeyra (18-ci dəqiqə), Diyeqo Keyruş (55) və Afonso Souza (75) vurub, məğlubların heyətində Dayşon Redan (53) fərqlənib.
Qrup mərhələsində “Portu” iki dəfə Moskvanın “Lokomotiv” komandası ilə qarşılaşıb. “Lokomotiv” öz meydanında keçirilən oyunda 2:1 hesabı ilə qalib gəlib, qonaqların meydanında isə eyni nəticə ilə uduzub. Rusiya paytaxtının klubu 1/8 finala çıxmaq uğrunda matçda Zaqrebin “Dinamo” klubu ilə oyunda penaltilər hesabına uduzaraq mübarizəni dayandırıb.
UEFA Gənclər Liqası gənclərdən ibarət (19 yaşdan yuxarı) komandalar arasında keçirilən yarışdır. Turnirdə hərəsi iki komandadan ibarət olan iki qrup start götürür. Birinci qrupda (Çempionlar Liqası yolu) yaşlılar arasında Çempionlar Liqasının qrup mərhələsinin iştirakçıları, ikinci qrupda (milli çempionlar yolu) öz yaşıdları olan oyunçular arasında milli çempionatların qalibləri çıxış edir. Çempionlar Liqası yolu qruplarının qalibləri birbaşa 1/8 finala çıxır, ikinci yerləri tutan komandalar milli çempionlar yolunun iki raundunu keçmiş komandalarla 1/8 finalda oynamaq hüququ uğrunda seçmə matçlar keçirir.
Bu yarış ilk dəfə 2013/2014-cü illər mövsümündə keçirilib. O vaxt “Barselona” qalib gəlib. Sonrakı iki mövsümün hər ikisində qalib adını “Çelsi”, 2016/2017-ci illər mövsümündə Avstriyanın “Zalsburq” komandası qazanıb, bir il sonra isə “Barselona” ikinci dəfə titul sahibi olub.