DÜNYA


Portuqaliya Avropada elektromobillərin satışında beşinci yerdədir

 

Lissabon, 17 oktyabr, AZƏRTAC

Portuqaliya Avropada ən çox elektromobil satılan ölkələr sırasına daxildir.

AZƏRTAC Avropanın Nəqliyyat və Ətraf Mühit Federasiyasına istinadla xəbər verir ki, Portuqaliyada cari ilin birinci yarısında satılan avtomobillərin 11 faizini elektrik enerjisi ilə işləyən elektromobillər təşkil edib.

“Missiya (demək olar ki,) yerinə yetirildi” adlı hesabat “Zero” ekoloji assosiasiyası tərəfindən dərc olunub. Norveçin (69 faiz) liderlik etdiyi siyahıda daha sonra İsveç (26 faiz), Finlandiya (15 faiz) və Niderland (13 faiz) qərarlaşıb.

“Zero” ekoloji assosiasiyası Norveçin bu sahədə qazandığı yüksək göstəriciləri əlverişli vergi rejimi, infrastruktur şəbəkəsini təmin edə bilən enerji ehtiyatları və Portuqaliyadan elektromobillərin alınmasına qoyulan qadağa ilə əlaqələndirir.

Qeyd edək ki, Avropanın ümumi satış sektorunda elektromobillərin payının 2020-ci ilin sonunadək 10 faizə çatacağı gözlənilir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.