İDMAN


Premyer Liqa: “Zirə” “Şamaxı”nı məğlub edib

Bakı, 7 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda “Zirə” “Şamaxı”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.

Xallarının sayını 16-ya çatdıran paytaxt təmsilçisi 4-cü pilləyə yüksəlib. 2 xala malik “Şamaxı” isə sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, IX turun “Səbail” – “Sumqayıt”, “Neftçi” – “Turan Tovuz” matçları oktyabrın 8-də, “Qəbələ” – “Qarabağ”, “Sabah” – “Kəpəz” görüşləri isə oktyabrın 9-da olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.