DÜNYA


Prezident Ərdoğan: Yaxın vaxtlarda Şimali Kiprin Prezident Administrasiyası üçün binanın inşasına başlanılacaq

Ankara, 19 iyul, AZƏRTAC

Şimali Kipr Türk Respublikası Prezident Administrasiyası üçün binanın layihələşdirilməsi başa çatıb. Yaxın vaxtlarda binanın inşasına başlayacağıq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 47-ci ildönümü münasibətilə Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfəri çərçivəsində Cümhuriyyət Məclisinin xüsusi iclasındakı çıxışında ifadə edib.

Şimali Kipr Türk Respublikası üçün layiq olduğu parlament binasının da inşa ediləcəyini vurğulayan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “Kipr adasında iki ayrı dövlət və iki ayrı xalq var. Beynəlxalq ictimaiyyət bunu gec-tez qəbul edəcək. Kipr türklərinə qarşı qurula biləcək hiylələri yenə də birlikdə pozacağıq. Aydın gələcəyi də birlikdə inşa edəcəyik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.