SİYASƏT
Prezident: Ermənistan COVID-lə mübarizə məsələsində anlaşılmaz mövqeyi ilə dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib
Bakı, 13 iyul, AZƏRTAC
Ermənistanın təxribatının digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə mübarizə məsələsində Ermənistan anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. “Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb”, - deyə Prezident vurğulayıb.